Şb. İyn 6th, 2020

İran parlamentindən şok ABŞ qərarı

İran Parlamenti ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terrorçu kimi tanınması ilə bağlı qərar dəyişiklik edib.

Dəyişikliyə əsasən, ABŞ-ın bütün komandirləri və Pentaqon rəsmiləri də terrorçu elan edilib.

Bundan əlavə İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qolunun gücləndirilməsi məqsədilə hökumətin Milli Müdafiə Fondundan 200 milyon avro vəsait ayırmalı olduğu qeyd edilib.

Qeyd edək ki, ABŞ İran İnqilab Keşikçiləri Korpusunu “xarici terror təşkilatı” kimi tanıdıqdan sonra, İran Parlamenti də buna cavab olaraq ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terrorçu elan etmişdi.