Ça. Sen 22nd, 2020

Şəhidlər heç vaxt unudulmur – FOTO

Əsgərov Vasif Çoban oğlu Martın 28-də Sumqayıt şəhərində Corat qəsəbəsində anadan olub. O, Sumqayıt şəhərinin 1 saylı, sonra isə 7 saylı orta məktəblərində oxuyub. Əmək fəaliyyətinə ilk dəfə “Əlvanmetal” istehsalat birliyindən başlayıb. 1977-ci ildə isə “Sintez-kauçuq” zavodunda işləyib. 1979-cu ilin dekabrında Çexoslavakiyada hərbi xidmətə başlayıb. Hərbi xidməti 1981-ci il oktyabr ayında başa vurduqdan sonra “Azərboru” istehsalat birliyində işə düzəlib. Vətənimizə qarşı törədilən təcavüz minlərlə vətəndaş kimi Vasifi də azğın ermənilərə qarşı vuruşa cəlb edir. Əvvəllər qeyri-rəsmi döyüş bölgələrinə gedir, ağır döyüşlərdə iştirak edir. Rəsmi olaraq 1992-ci ilin əvvəllərində könüllü olaraq cəbhəyə gedib. O, döyüşlərdə tankçı kimi igidliklər göstərib və 1992-ci il iyun ayının 23-də Ağdərə rayonunun Qırmızıkənd kəndində qəhrəmancasına

Əsgərov Vasif Çoban oğlu Martın 28-də Sumqayıt şəhərində Corat qəsəbəsində anadan olub. O, Sumqayıt şəhərinin 1 saylı, sonra isə 7 saylı orta məktəblərində oxuyub. Əmək fəaliyyətinə ilk dəfə “Əlvanmetal” istehsalat birliyindən başlayıb. 1977-ci ildə isə “Sintez-kauçuq” zavodunda işləyib. 1979-cu ilin dekabrında Çexoslavakiyada hərbi xidmətə başlayıb. Hərbi xidməti 1981-ci il oktyabr ayında başa vurduqdan sonra “Azərboru” istehsalat birliyində işə düzəlib.

Vətənimizə qarşı törədilən təcavüz minlərlə vətəndaş kimi Vasifi də azğın ermənilərə qarşı vuruşa cəlb edir. Əvvəllər qeyri-rəsmi döyüş bölgələrinə gedir, ağır döyüşlərdə iştirak edir. Rəsmi olaraq 1992-ci ilin əvvəllərində könüllü olaraq cəbhəyə gedib. O, döyüşlərdə tankçı kimi igidliklər göstərib və 1992-ci il iyun ayının 23-də Ağdərə rayonunun Qırmızıkənd kəndində qəhrəmancasına həlak olub.

Vasif Çoban oğlu Əsgərov Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Vasif evli idi. Bir oğlu var

İstixeber.info.az Sumqayıt 12.01.2020
Rəşad Ağaşirinov