Be. İyl 6th, 2020

Kirayə mənzillərin satışına müraciətə dəqiqələr qalmış sistem çökdü – FOTO

Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-da Azərbaycanda kirayə mənzillərin satışı üçün müraciətlər başlanılır.

Müstəqil.Az-ın məlumatına görə, müraciətlərə dəqiqələr qalsa da, İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsində problem yaranıb.

İstifadəçilər sistemə ASAN İmza ilə daxil olmağa çalışsa da, sistem çöküb.

Məsələ barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidməti ilə əlaqə saxlasaq da, buna müvəffəq ola bilmədik.

Qeyd edək ki, artıq bununla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır.

Xatırladaq ki, MİDA-nın həyata keçirdiyi sosial mənzillərin satışı prosesində də analoji problem yaranmış, sistemin çökməsi səbəbindən satış ləğv edilmiş, daha sonra yenidən baş tutmuşdu. (oxu.az)